Sosial iqtisadiyyat

Prezidentlə xanımı yeni hotel açılışında

Bakıda “Courtyard by Marriott Baku” hotelinin açılışı olub.

ENA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və birinci xanım hoteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)