ARDNF valyuta hərraclarındakı satışını 31% azaldıb
Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) 2 766,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
ENA.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.
Təkcə iyun ayında isə ARDNF-in valyuta satışının məbləği 463,6 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyun ayına nisbətən 24,2% çoxdur.