Vakansiyalar

"KredAqro" işçi axtarır - VAKANSİYA

Biznesin İnkişafı üzrə Menecer

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən baş ofisi üçün Biznesin İnkişafı üzrə Menecer vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Kredit məhsulların idarəedilməsi, inkişaf etdirilməsi, bazar şərtlərinə uyğun təkmilləşdirməsi və yeni məhsulların hazırlanması.
• Rəqəmsal kredit məhsullarının idarəedilməsində təcrübə, bu növ kredit məhsullarına aid maliyyə, İT və əməliyyat məsələlərinə rəhbərlik.
• Rəqəmsal və standart marketinq fəaliyyətlərinə nəzarət və idarəetmə.
• Əməkdaşlıq əlaqələrini və yüksək performansı inkişaf etdirmək .
• Təşkilatın səmərəliliyinin artırılmasını təmin etmək .
• Kredit məhsullarının aylıq satış məqsədlərini müəyyənləşdirmək və onlara nəzarət  etmək.
• Satışın artım strategiyalarını hazırlanmaq və həyata keçirmək.
• İllik və uzunmüddətli planların hazırlanması.
• Qısa müddətli və uzunmüddətli hədəflərə nail olmaq üçün işçilərin performans standartlarını müəyyənləşdirmək.
• Güclü və səmərəli idarəetmə qrupunun yaradılması.
• Məhsullarla əlaqəli olan bütün prosedur və siyasətlərə əməl və nəzarət etmək.
• Tabeçiliyində olan heyəti motivasiya etmək.
• Müştərilərin, kadrların, idarəetmənin, mülkiyyətin, maliyyələşmənin, biznesin nüfuzunun müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin idarə edilməsi tədbirlərinin həyata keçirmək.
• İşçilərin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsini aparmaq.
• Şirkətin qanunvericiliklə və daxili qaydalarla müəyyən edilmiş bütün tələblərə riayət olunmasını təmin etmək.
• Marketinq və kredit məhsullarının davamlı fəaliyyətini təmin etmək.
• Mütəmadi olaraq kredit məhsullarının satışına dair görüşlər keçirmək.
• Məhsulların təslim vaxtını və hər hansı bir gecikmənin olub olmamasını yoxlamaq.
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
• Satış və müştərilər ilə işlərin təkmilləşdirilməsi  üçün tabeçiliyində olan əməkdaşlar ilə məqsəd və  vəzifələrin qoyulmasını həyata keçirmək.
• Tabeçiliyində olan əməkdaşların iş faəliyyətini sıx nəzarət altında saxlamaq, yeni nəzarət mexanimzləri ilə bağlı rəhbərliyə təkliflərini təqdim etmək.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• İT, Kredit və Marketinq sahəsi üzrə təcrübə;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dili bilikləri.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Biznesin İnkişafı üzrə Menecer) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department