Sənaye

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayır

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb.

ENA.az xəbər verir ki, məlumatı Türkiyənin Aviasiya və Kosmik Sənayesi qurumunun tvitter hesabı yayıb.

Bildirilib ki, “GÖKBEY” Türkiyənin hava məkanında daha bir mərhələni uğurla keçib. Bu, helikopterin standartlara uyğun olması və kütləvi istehsala başlaması deməkdir.

Bir müddət əvvəl isə “Hürkuş” adlı helikopterə sertifikat verilmişdi.

Qeyd edək ki, “GÖKBEY” bütövlükdə Türkiyə texnologiyası əsasında hazırlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)