İsveçrə nəhəngi Azərbaycandakı şirkətinə yeni rəhbər təyin edib
İsveçrənin nəhəng qida şirkəti “Nestle”nin Azərbaycandakı törəmə şirkətinin rəhbəri dəyişdirlilib.
“Nestle”nin Azərbaycan bazarına öz məhsullarını tədarük edən əməliyyat şirkəti “Nestle Azərbaycan” MMC-nin 2018-ci ildən baş direktoru olan Anar Məmmədov vəzifəsindən istefa verib.
Banker.az-a daxil olan məlumata görə, Marat Yarullin, şirkətin baş direktoru təyin edilib.
“Nestle Azərbaycan” 2012-ci ildə yaradılıb. Törəmə şirkət Azərbaycan bazarına “Nescafe” ticarət nişanı altında qəhvə və qəhvəyi içkiləri, “Nesquık” kakaosu, “Maggı” kulinariya məhsulları, uşaqların qidalanması üçün “Nestle” və “GERBER” məhsulları, “Nestle” dondurmaları, Nestle” şokolad məmulatları, “Kıt-Kat”, “Nestle” hazır səhər yeməkləri, ev heyvanları üçün “Purına” yemləri və digər məhsulları təmin edəcək.