Bank

Rusiyada daha 2 bank - BAĞLANDI

Rusiya Bankı (Mərkəzi Bank) iki bankın- “Russobank” və “Donxlebbank”ın lisenziyalarını geri çağırıb.

BI” bu barədə tənzimləyici orqanın yaydığı məlumata istinadən xəbər verir.

Bu il noyabrın 1-nə “Russobank” aktivlərin həcminə görə ölkənin bank sistemində 263-cü, “Donxlebbank” isə 294-cü yerdə olub.

“Donxlebbank”ın lisenziyasının geri çağırılması müflisləşmə xəbərdarlığı üçün əsas verən xüsusi kapitalın əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. “Russobank” isə fəaliyyətində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyi pozub, şübhəli tranzaksiyalar həyata keçirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)