Azərbaycan dünyada internetin sürətinə görə reytinqdə geriləyib
Azərbaycan dünyada mobil internetin sürətinə görə 137 ölkə arasında 68-ci yeri tutub.
ENA.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının may ayı üçün açıqlanan reytinqində deyilir.
Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 180 ölkə arasında 125-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, 1 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 38.05 Mb/saniyədən 36.34 Mb/saniyəyə düşüb. Sabit internetin yükləmə sürəti isə 24.21 Mb/san- dən 23.25 Mb/san-ə düşüb.
“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, may ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 1 pillə geriləyərək 68-ci olub. Sabit internetin sürətində isə 7 pillə geriləyib və 125-ci olub.
Belə ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Qətər daxil olub.
Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Somalidir.