Baş katib: “Gürcüstan NATO-nun üzvü olacaq”
“Gürcüstan NATO-nun üzvü olacaq, lakin dəqiq tarix müəyyən edilməyib”.
Bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.
O, NATO-nun əsas diqqətinin Gürcüstanda islahatlara, ölkənin müdafiə və təhlükəsizlik institutlarının möhkəmləndirilməsinə yönəldildiyini bildirib.
Y.Stoltenberq qeyd edib ki, Gürcüstan və Ukrayna Qara dəniz regionunda Alyans üçün çox mühüm tərəfdaşdır.
Baş katib yaxın gələcəkdə Gürcüstan üçün yol xəritəsinin hazırlanıb-hazırlanmayacağı barədə suala cavab olaraq bildirib ki, NATO-nun qapıları açıqdır, lakin konkret müddətlərin açıqlanması planlaşdırılmır.