Paşinyan Qazaxın 7 kəndi ilə Başkəndi dəyişməyi TƏKLİF ETDİ
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Başkənddən danışıb.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Tavuş vilayətinə səfəri zamanı Qazaxın 7 kəndi ilə Gədəbəyin ərazisində yerləşən Başkənd kəndini dəyişməyi təklif edib.
“Hazırda situasiya dəyişməz olaraq qalır. Niyə? Çünki bizim də Başkənd (erm.Artsvaşen) kəndimiz Azərbaycanın nəzarəti altındadır. Bizim məntiqimiz belədir – anklav anklavla dəyişdirilməlidir və onların nəzarətində olan ərazi onlara, bizim nəzarətimizdə olan ərazi isə bizə qalmalıdır”.