Qarabağ

Paşinyan: “Sərhədlərin demarkasiyası qaçılmazdır”

İyunun 9-da Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan seçki kampaniyasının çərçivəsində bölgələrdə səfərdə olub.

ENA.az xəbər verir ki, Şirak vilayətində seçicilər qarşısındakı çıxışı zamanı  Paşinyan bir daha oğlunu Azərbaycandakı erməni diversantlara dəyişmək təklifini təsdiqləyib və deyib ki, bu barədə rəsmən Bakıya məktub təqdim edəcəklər:

“Mən əlaqədar orqanlara göstəriş vermişəm ki, Azərbaycan tərəfinə təklifimizi çatdırsınlar. Mənim oğlum girov qismində Bakıya getməyə hazırdır, bir şərtlə ki, bizim bütün əsirləri qaytarsınlar”.

Paşinyan səfəri zamanı sərhəddəki vəziyyətə də toxunub və qeyd edib ki, demarkasiya istənilən dövlət üçün qaçılmaz məsələdir:

“Biz istənilən an tərəfimizdən edilmiş təklifin reallaşdırılmasına hazırıq. Əslində bu təklif ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də qəbul olunub”.

Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)