Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Rusiyanın “Nordwind Airlines” aviaşirkəti Moskva və Sankt-Peterburq şəhərindən Lənkərana birbaşa aviareyslər yerinə yetirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyunun 10-dan etibarən “Nordwind” şirkəti Sankt-Peterburqdan Lənkərana birbaşa uçuşların yerinə yetirilməsinə başlayacaq: “Uçuşlar həftədə bir dəfə – cümə axşamı günləri həyata keçiriləcək. Bundan başqa, aviaşirkət iyunun 13-dən etibarən Rusiyanın paytaxtı Moskvadan da Lənkərana uçuşlar yerinə yetirəcək. Moskva-Lənkəran-Moskva reysi üzrə uçuşlar həftənin bazar günləri olacaq”.
Qeyd edək ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.