Sosial iqtisadiyyat

Dövlət Statistika Komitəsinin gəlirləri 21%, xərcləri isə 8% azalıb

Dövlət Statistika Komitəsi (DSK) 2020-ci ildə 15,109 milyon manat gəlir əldə edib.

“ENA” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2019-cu illə müqayisədə 21,4% azdır.

Ötənilki gəlirlərinin 15,067 milyon manatını qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 21,6% az), 2 min manatını birja gəlirləri (2,5 dəfə az), 39 min manatını isə sair əməliyyat gəlirləri (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə DSK-nın xərcləri isə 12,67 milyon manat olub ki, bu da illik müqayisədə 8% azdır. O cümlədən il ərzində Komitənin əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 59,3% artaraq 8,357 milyon manat, sərf etdiyi materialların dəyəri 4,8 dəfə azalaraq 603 min manat, amortizasiya xərcləri 3,2% artaraq 1,159 milyon manat, sair əməliyyat xərcləri isə 5,6 dəfə artaraq 2,551 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)