Hadisə

Koçaryan: "Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib"

“Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib. Son 25 ildə belə rəqəmlər qeydə alınmayıb”.

“Novosti Armeniya” yazır ki, bunu Ermənistanın keçmiş prezidenti, “Ermənistan Alyansı” seçki blokunun lideri Robert Koçaryan Sisian şəhərinin sakinləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, son 3 ildə Ermənistan ordusu məhv edilb: “Birdən yadlarına (hökuməti nəzərdə tutur-red.) düşüb ki, onu qurmaq lazımdır. Onlar gələcəkdə də ordunu məhv edəcəklər. İqtisadiyyatda artım vəd etdilər, ancaq kəskin azalma baş verdi.

O (baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı nəzərdə tutur-red.) müharibəni uduzduğumuz üçün fəxr etdiyini deyir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)