Azərbaycanda nazirlik 5 milyon manata əmlak icarəyə götürüb
Noyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki şəxslə 4 milyon 874,7 min manat (2 milyon 867,5 min ABŞ dolları) məbləğində icarə müqaviləsi imzalayıb. İcarəyə götürülən obyekt və müddət barədə məlumat verilmir.
- Eləcə də bax: Rus rublu çökür
Qurum Fərid Fərhadzadə (VÖEN 1501431332) ilə müqavilə barədə ictimaiyyətə məlumatı dövlət satınalmaları portalı vasitəsilə verib. Bu predmet üzrə satınalma proseduru keçirilməsi barədə məlumat yoxdur. Əmək Nazirliyində məsələ ilə bağlı sualına cavab verməyiblər. Əvvəllər nazirlik heç bir daşınmaz əmlakın icarəsi barədə informasiya verməyib.