Qeyri-Bank

“Finex Kredit” BOKT ötən ili mənfəətlə başa vurub

“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 197 min manat xalis mənfəətlə başa vurub.

BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 27,3% azdır.

Ötən il “Finex Kredit”in vergiyəqədərki mənfəəti 246 min manat (əvvəlki ilə nisbətən 27,2% az), mənfəət vergisi ödəmələri isə 49 min manat (27,9% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 8 milyon 614 min manat olub ki, bu da illik müqayisədə 9% azdır. Bunun 6 milyon 315 min manatı müştərilərə verilmiş xalis kreditdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18,9% kiçilib.

Hesabat dövründə “Finex Kredit”in öhdəlikləri 14,4% azalaraq 6 milyon 951 min manata düşüb, balans kapitalı isə 23,9% artaraq 1 milyon 662 min manata çatıb.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)