Hadisə

Azərbaycan şirkətinin fındıq fabrikinə silahlı basqın olub

Gürcüstanın Zuqdidi şəhərində yerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.

"BI" xəbər verir ki, saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.

Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi fındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.

Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)