Kristina Doroş Mərkəzi Asiya və Azərbaycan üzrə yeni vitse-prezident və regional menecer təyin edilib
Bu gün Visa Kristina Doroşun Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezident və regional menecer vəzifəsinə yüksəldilməsini elan etdi. Yeni texnologiyaların və tənzimləyici mühitin əhəmiyyətli transformasiyasını nəzərə alaraq, Visa Qafqaz və Mərkəzi Asiyada klaster strukturunu dəyişərək Mərkəzi Asiya və Azərbaycan regionunun rəhbərini vitse-prezident vəzifəsinə yüksəltdi.
Öz yeni rolunda Krisitina Doroş yeni yaradılmış Mərkəzi Asiya və Azərbaycan klasterində electron ödənişlərin həcminin genişləndirilməsini diqqət mərkəzində tutaraq Visa-nın banklara, ticarətçilərə və kart sahiblərinə verdiyi dəyəri artırmaq üçün çalışacaq.
Bu haqqda məlumatı şirkətdən Banker.az-a veriblər.