Mərkəzi Bank pulsayan maşınların satın alınması üçün tender keçirib
Mərkəzi Bank pulsayan maşınların satın alınması ilə bağlı tender keçirib.
ENA.az xəbər verir ki, 10 min 832 manat dəyərində olan satınalma müsabiqəsini “Altair Technologies” MMC qazanıb.
Tenderin şərtlərinə görə, Mərkəzi Banka 5 ədəd müxtəlif funksiyaları olan pulsayan aparat alınacaq.
Xatırladaq ki, “Altair Technologies” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Nəriman Səfərovdur.