Məhkəmə sistemini silkələyəcək yenilik – ÖZƏL İCRA QURUMU YARADILA BİLƏR
Azərbaycanda məhkəmə qərarlarının daha sürətli icrası məqsədilə Ədliyyə Nazirliyinin nəzdindəki İcra İdarəsinə alternativ qurumların yaradılması təklif edilib. Bu barədə prosesdən məlumatlı olan vəkillər məlumat verib.
Məumata görə, müxtəlif təşkilatlar, o cümlədən, bank sektoru ölkədə özəl icra məmurları institutunun yaradılmasını təklif edirlər. Söhbət məhkəmə qərarlarının icrasını həyata keçirən və bunun üçün müafiq sertifikat almış özəl fiziki və hüquqi şəxslərdən gedir. Qeyd edək ki, edək ki, özəl icra məmurları bəzi Avropa ölkələrində, o cümlədən Fransada fəaliyyət göstərir, bir qədər əvvəl isə belə sistem Ukrayna və Qazaxıstanda da yaradılıb. Belə şəxslər Ədliyyə Nazirliyindən sertifikat alaraq fəaliyyət göstərirlər.
Özəl icra məmurları da məhkəmə qərarlarının icrası ilə məşğul olacaqlar və bununla da ənənəvi icra idarəsinə alternativ olaraq rəqabəti gücləndirməlidir.
«Doğrudur, özəl icraçılara bütün işləri tapşırmırlar, onlar əsas icra qurumunun gördüyü işlərin yalnız bir hisəsini icra edirlər. Məsələn, onlar kimisə evlərindən çıxarmırlar və sair. Amma bəzi ölkələrdə özəl icra məmurları da adi məmurlar kimi tam səlahiyyətə malikdirlər. Bizdə təklif edirik ki, əgər bunlar Ədliyyə Nazirliyindən sertifikat alıb qaydalar çərçivəsində fəaliyyət göstərəcəklərsə, məhkəmə sirlərini yaymayacaqlarsa nəyə görə də onlar bütün səlahiyyətlərə malik olmasınlar?»-deyə həmsöhbət bildirib.
Ekspertlər bildirir ki, özəl icra məmurları da gördükləri işə görə xidmət haqqı ala bilərlər. Qeyd edək ki, indi dövlət icra xidmətində bu xidmət haqqı 7% təşkil edir və bəzi məhkəmə iştirakçılarının fikrincə, bu məbləğ böyükdür və 5%-ə endirilməsi yaxşı olardı.
Qeyd edək ki, hazırda ölkədə müxtəlif sahələrdə publik hüquqi şəxslər yaradılır və dövlət qurumlarının funksiyaları onlara verilir. Həmin təşkilatlar həm də özlərini maliyyələşdirir, yəni göstərdikləri xidmətlərin haqqı hesabına fəaliyyət göstərrilər: «Nəyə görə bu məsələ icra orqanlarında da tətbiq edilməsin? Bu da həm həmin yükün dövət üzərindən götürülməsinə, həm də bu sahədə rəqabətin artmasına xidmətin keyfiyyətini yüksəlməsinə kömək edə bilər»-deyə təklif müəllifləri bildirir.
Vəkillər bildirir ki, belə təkliflərin yaranmasının səbəbi iqtisadi mübahisələr, xüsusilə bankla bağlı məhkəmə proseslərinin və onun icra müddətinin həddən artıq uzun çəkməsidir. Rəyi soruşulan vəkillər bildirirlər ki, girovun da iştirakı ilə baş verən məhkəmə mübahsələrində məhkəmə prosesi 6 ay - ilyarım, məhkəmə qərarının icrası isə qanunla 2 aya başa çatmalı olsa da, bəzən 5-6 ay çəkir.
Vəkillər bildirir ki, əslində prosesi uzatmağa qanunvericiliyin tələbləri də imkan verir. Mühkəməyə müraxiət, ona baxılıb, qərar verilməsi, onlan apellyasiya, ali məhkəmə və sair kimi prosedurlar, hər biri 1-2 ay olmaqla məhkəmə prosesinin ilyarıma kimi uzanmasına səbəb olur.
Üstəlik vəkillər bildirir ki, əsassız vəsatətlər qaldırmaqla bu prosesi ümumiyyətdə bir neçə ilədək sürdürmək mükündür və bu praktika hazırda istifadə edilir.
Prosesdən məlumatlı olan vəkillərdən biri bildirib ki, ümumiyyətlə bu məsələnin qanunvericilik tərəfinə yenidən baxılması, o cmlədən, müddətlərin qısaldılması və daha sərt zaman çərçivəsinin yaradılması gözənilir. Hazırda bunun üçün bir neçə qanuna dəyişikliklər üzərində iş aparılır.
Qeyd edək ki, hazırda ƏdliyyƏ Naziliyində İcra Məcələsi də hazırlanır. Bu prosesə bəzi beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı da dəstək verir. Bildirilir ki, hazırda bank sektoru tərəfindən qaldırılan bir sıra məsələlər – o cümlədən məhkəmə qərarlarının sürətli, keyfiyətli, vaxtında icrası həllini tapacaq.
Bura prosesin şəffaflşdırılması, o cümlədən ədalitli və sürətli məhkəmə qərarların verilməsi, girov satışı və sair aiddir.