BİZNES

Azərbaycan-Türkiyə ortaq investisiyalı müəssisənin yaradılmasına başlanılıb

“Azərbaycanla Türkiyənin açacağı 4 müəssisədən birinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb”.

Bunu “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirib.

O deyib ki, hazırda həmin müəssisənin biznes-planı hazırlanır: “Türkiyədən Azərbaycana mütəxəssislər gəlmişdilər. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun rəsmiləri ilə görüş keçirilib və müzakirələr aparılıb”.

S.Babayeva xatırladıb ki, həmin müəssisələr Sumqayıt Kimya-Sənayə Parkında yaradılacaq.

Onun sözlərinə görə, Türkiyə tərəfi isə müəssisə üçün lazımi avadanlığın istehsalı ilə bağlı işlərə başlayıb: “İki aydan sonra müəssisənin inşasına başlanılması gözlənilir. İlk yaradılacaq müəssisə tikiş emal sənayesi üzrə olacaq”.

Xatırladaq ki, bu il fevralın 18-də Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb. Həmin müqavilələrə görə, Azərbaycanla Türkiyə arasında 4 müəssisə açılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)