“WhatsApp” yeni qaydaları qəbul etməyən hesabları blok etməyəcək
“WhatsApp” messencerin yeni qaydalarını qəbul etməyən hesabların funksiyalarını məhdudlaşdırmayacaq. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Xidmət bu qərarı hökumət və məxfilik tərəfdarları ilə aparılan müzakirələrdən sonra verib.
“Yeniləməni hələ qəbul etməyən hesabların funksionallığını məhdudlaşdırmaq planımız yoxdur. Bunun əvəzinə istifadəçilərə yeniləməni xatırlatmağa davam edəcəyik”, – deyə mesajda bildirilir.
Xatırladaq ki, şirkət qaydalardakı dəyişikliyi ilk dəfə yanvar ayında elan edib və 8 fevralda onları yeniləməyi planlaşdırıb. Tənqidlərə görə messencer yeniləməni 15 may tarixinə qədər təxirə salıb.
Yeni qadalara əsasən “WhatsApp” istifadəçilərə əlaqə qurmağın yeni imkanlarını təqdim etmək üçün topladığı məlumatları “Facebook” ilə bölüşəcək.