Rifah Group işçilər axtarır - MAAŞ 1500-2000 AZN
Vəzifə: Biznes Proses Meneceri
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Biznes proseslərin təkmilləşdirilməsi və daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
• Biznes prosesi ilə bağlı yeni qaydaların hazırlanması və prosedurların tərtibinin təşkili.
• Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
• Mövcud iş proseslərinin analizi və qiymətləndirilməsi.
• Şirkətin hədəflərinə çatması üçün İş proseslərinin inkişaflarının müəyyənləşdirilməsi, təkmilləşdirilməsi və həyata keçirilməsi
• İş prosesinin təkmilləşdirilməsi strategiyalarını daxildə maraqlı tərəflərlə müzakirə etmək.
• İş prosesinin təkmilləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi mərhələləri ilə əlaqəli bütün aspektlərə nəzarət.
• Iş prosesinin qaydalara uyğun həyata keçirilməsinin auditi və nəzarəti
• İş proseslərində tətbiq olunan dəyişikliklərin daima təhlili və izlənməsi, ehtiyac olduqda düzəlişlərin edilməsi.
• Məhsuldarlıq, keyfiyyət, xərclər və vaxtın idarəedilməsi ilə bağlı iş prosesləri üzrə davamlı təhlillərin aparılması.
NAMİZƏDƏ TƏLƏBLƏR:
• Ali təhsil;
• 3-5 ildən artıq iş təcrübəsi;
• MS Office (Word, Excel, PowerPoint mütləq), Visio proqramlarından istifadə etmək bacarığı;
• Layihələrin idarə olunması üzrə biliklər;
• Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır;
• Analitik düşüncə və yüksək məsuliyyət hissi;
• Ünsiyyət qurma və koordinasiya bacarığı;
• Stress altında işləmək bacarığı;
• Vaxtın səmərəli planlaşdırılması və idarə olunması;
• Çeviklik və operativlik. İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.
Əmək haqqı: 1500-2000 azn.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur tarixinədək mövzu sətirində “Biznes Proses Meneceri” qeyd edərək CV-lərini hr@rifahqrup.az elektron poçt ünvanına göndərsinlər.