Hadisə

Türkiyə məhkəməsi Sedat Peker barədə həbs qərarı çıxarıb

Ankara İkinci Sülh Cəza Məhkəməsi Türkiyənin beynəlxalq axtarışa veridiyi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.

“ENA” “Hürriyet”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokuroluğunun təqdimatı əsasında qəbul olunub.

Prokuroluqdan bildirilib ki, S.Peker barəsində hazırda cinayət işinin istintaqı aparılır: “Cinayət törətməkdə şübhəli bilinən Sedat Peker hazırda xaricdə qaçıb gizlənib və buna görə də Ankara Baş Prokuroluğunun təqdimatı ilə Ankara İkinci Sülh Cəza Məhkəməsi mayın 26-da onun barəsində həbs qərarı çıxarıb.”

Qeyd edək ki, S.Peker hazırda Mərakeşdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)