BİZNES

“PMD Group”a daha bir şirkət qoşulur

"Vurğun YK” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu elan edib.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Vurğun YK” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)