BİZNES

“Mətanət-A”nın türkiyəli rəhbəri istefa verib

Azərbaycanda inşaat məhulları istehsalçısı “Mətanət-A” Şirkətinin Türk rəhbəri istefa verib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Yakup Çimen Azərbaycan şirkətinin iki illik direktor postunu bu aydan tərk edib. O, bu vəzifəyə 2019-cu ilin yanvarında təyin edilmişdi.

Y.Çimeni isə “Mətanət-A”da şirkətin öz əməkdaşı Solmaz Əliyeva İntiqam qızı əvəzləyəcək.

“Mətanət-A” Şirkəti 2000-ci ildə yaradılıb. 2 milyon 188.47 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin sahibi, iş adamı Elxan Bəşirovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)