Sosial iqtisadiyyat

Bir sıra məhkəmələrə sədrlər təyin edildi - SİYAHI

Prezident İlham Əliyev "Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

"ENA" xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin ediliblər:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Hüseynov Mirbahəddin Mirdamət oğlu – Gəncə Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Tapdıq Şükür oğlu Mahmudov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)