Dövlət Xidməti 5,5 milyon manatlıq 2 tenderə yekun vurub
Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,2 milyon manat və 4,23 milyon manat, ümumilikdə 5,43 milyon manat ödəniləcək.