Bank

Birinci rübdə cəmi 8 bank büdcəyə mənfəət vergisi ödəyib - CƏDVƏL

Bu ilin birinci rübündə Azərbaycandakı 26 bankdan cəmi 8 bank öz hesabatında mənfəətdən vergi ödədiyini açıqlayıb. Ümumilikdə büdcəyə ödənilən vəsait 32 milyon 145 min manat olub. Vergi ödənişində lider bank - Kapital Bank ASC-dir. ENA.az xəbər verir ki, bu bank  13 milyon 908 min manat həcmində vergi ödəyib. Qeyd edək ki, bu bank elə mənfəətin həcmində də birinci idi.

Digər vergi ödəyən banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı ASC, Paşa Bank ASC, Xalq Bank ASC, Azərbaycan Sənaye Bankı ASC, Bank of  Baku ASC, Yapı Kredi Bank Azərbaycan ASC,  Expressbank ASC-dir.

Onu da qeyd edək ki, digər bankların bu rübdə büdcəyə ödəniş etməmələri o demək deyildir ki, həmin banklar vergini ödəmirlər. Çünki bəzən vergilər əvvəlcədən ödənilir və ya təxirə salınmış vergi öhdəliyi maddəsilə digər rübə keçirilir.

 

Sırası

Banklar

 Vergilər ödənilməmişdən əvvəl mənfəət, (Zərər) (min AZN)

Mənfəət vergisi,

(min AZN)

 
 
 

1

Kapital Bank ASC

69 443

13 908

 

2

Azərbaycan Beynəlxalq Bankı ASC

41 395

9000

 

3

Paşa Bank ASC

24,936

6 150

 

4

Xalq Bank ASC

6 183

1 471

 

5

Azərbaycan Sənaye Bankı ASC

517

101

 

6

Ziraat Bank Azərbaycan ASC

492

-

 

7

Bank Avrasiya ASC

351

-

 

8

NaxçıvanBank ASC

2 240

-

 

9

Premium Bank ASC

5 345

-

 

10

Bank of  Baku ASC

4 900

790

 

11

AzFinance Bank ASC

4 425

-

 

12

Yapı Kredi Bank Azərbaycan ASC

13

109

 

13

Azər-Türk Bank ASC

376

-

 

14

Pakistan Milli Bankı NBP Bakı filialı

70

-

 

15

Turanbank ASC

105

-

 

16

Expressbank ASC

3 745

616

 

17

Günaybank ASC

879

             -

 

18

BTB ASC

365

-

 

19

Bank Respublika ASC

2 877

-

 

20

Rabitəbank ASC

3 495

 -

 

21

Muğanbank ASC

1 593

              -

 

22

Bank Melli İran Bakı filialı

614 424

-

 

23

Unibank ASC

591

-

 

24

Accessbank QSC

135

-

 

25

VTB -Azərbaycan ASC

180  

-

 

26

Yelo Bank ASC

5 670

-

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)