ENA+

İsrail və Fələstin arasında atəşkəs rejimi qüvvəyə mindi

İsrail və Fələstin arasındakı atəşkəs rejimi 12 may saat 3:00-da qüvvəyə minib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, atəşkəs 11 günlük raket zərbələri mübadiləsindən sonra Misirin aktiv vasitəçiliyi ilə əldə edilib. HƏMAS hərəkatı Qahirənin vasitəçiliyi ilə barışıq müqaviləsini imzalamağa razılaşıb.

Xatırladaq ki, daha əvvəl Misir prezidenti Qəzzada atəşkəsə əməl olunmasını izləmək üçün Fələstin və İsrailə iki nümayəndə heyəti göndərmək əmr etdiyini bildirib. Qahirədən gələn təhlükəsizlik işçiləri əldə edilən razılaşmaların necə həyata keçirildiyini müşahidə edəcəklər. Heyətin digər vəzifələri bölgədə daimi sabitliyi qoruyacaq tədbirlər barədə razılığa gəlməkdir.

Fələstin-İsrail münaqişəsi 10 may tarixində başlayıb. Nəticədə 232 fələstinli həlak olub, daha 1.9 mini isə yaralanıb. İsrail tərəfindən 12 insan ölüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)