“Paşa Holdinq” ticarət şirkəti yaradıb

Vergilər Nazirliyi "BİT Trading" şirkətini qeydiyyatdan keçirib. Yeni ticarət şirkəti "Pasha Holding" şirkətlər qrupuna məxsusdur.
Şirkət oktyabrın 22-də dövlət qeydiyyatından keçib. Şirkətin ilkin kapitalı 100 manatdır.
"BİT Trading" şirkətinin hüquqi ünvanı belədir: Bakı, Neftçilər prospekti, 153. Burada "Paşa Holdinq" MMC-nin mənzil-qərargahı yerləşir. "BİT Trading" MMC-nin qeydiyyatı barədə rəsmi mətbuatda məlumat dərc olunub.