“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək
İyulun 7-də, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncaq Banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən ofisdə olacaq.
İclasın gündəliyinə "Günay Bank"ın kənar auditorunun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2020-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.