BİZNES

Azərbaycan iqtisadiyyatında geriləmə tempi azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 25 078,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır.

Xatırladaq ki, yanvar-mart aylarının yekununda ölkə iqtisadiyyatında geriləmə 1,3% təşkil etmişdi.

Hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 8,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 % artıb.

ÜDM istehsalının 41,1 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 %i nəqliyyat və anbar təsərrüfatı, 5,7 %-i tikinti, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %-i informasiya və rabitə, 0,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 11,3% artaraq 2 506 manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)