Tədris ilinin vaxtı uzadılır? - RƏSMİ CAVAB

2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.
Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib. O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq:
“Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.