Axtar

Çin peyvəndi vurduranlar Avropa İttifaqına buraxılmayacaq?

"Çin istehsallı koronavirus (COVID-19) əleyhinə peyvənd vurduranların Avropa İttifaqına girişinə məhdudiyyət tətbiq edilməsi barədə qəti fikir söyləmək hələ tezdir".

“ENA” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestudis Yankauskas Çin peyvəndi vurduranların ittifaq ərazisinə buraxılmayacağı barədə fikirlərə münasibət bildirərkən deyib.

"Azərbaycanın sərhədləri iyunun 1-ə qədər bağlı qalacaq. Hazırda əsas məqsəd insanların mümkün qədər peyvədləməsini təmin etməkdir. Hindistanın timsalında vəziyyəti gördük, əhalinin 9 %-i peyvəndlənib, lakin vəziyyət nəzarətdən çıxıb. Odur ki, peyvəndləməni yüksək templə davam etmək lazımdır. Biz peyvəndləməni səfərlər xətrinə etmirik, sağlamlıq xətrinə edirik. Belə də lazımdır. Azərbaycana bu yaxınlarda “AstraZeneca” peyvəndləri gətirilib. Hazırda Avropa Tibbi Agentliyi Çin istehsalı olan peyvəndi ilə bağlı qiymətləndirmələr, təhlilər aparır. Amma bu barədə qəti fikir yoxdur. Vaxt keçdikcə peyvəndlərin sayı, çeşidi artacaq. Bunun nəticəsində bizim seçim imkanlarımız genişlənəcək”, - deyə o, qeyd edib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33