ENA+

G7 ölkələrindən Rusiyaya qarşı bəyanat

İngiltərənin paytaxtı Londonda bir araya gələn G7 xarici işlər nazirləri Rusiyaya qarşı birgə bəyanat yayıblar.

ENA.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Rusiyanın beynəlxalq siyasəti “qeyri-qanuni və mənfi” olaraq dəyərləndirilib.

Rusiyanın “məsuliyyətsiz və sabitliyə zərər vuran” davranışından dərin narahatlıq duyduqlarını ifadə edən nazirlər Kremldən gələn təhdidə qarşı çıxmağı hədəfləyən cəhdləri dəstəkləməyə söz veriblər.

“Ukrayna sərhədlərində və qeyri-qanuni olaraq Krımda Rusiya hərbi qüvvələrinin olması, digər ölkələrin demokratik sistemlərinə zərər vurmağı hədəfləyən pis niyyətli fəaliyyətləri və pis niyyətli kiberfəaliyyətləri səbəbindən Rusiyanın məsuliyyətsiz və sabitliyə zərər vuran davranış modelinə davam etməsindən dərin narahatlıq duyuruq.

Yenə də kibertəhlükəsizliyi və dezinformasiya sahələri də daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq quruluşu təhdid edən Rusiya davranışını müzakirə etmək və yayındırmaq üçün birgə bacarıqlarımızı gücləndirməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinə - ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, Kanada, İtaliya daxildir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)