Şirkətin yeni sədrinin təyinatı növbəti dəfə təxirə salındı - SƏBƏB
Yaponiyanın “Nissan” şirkətinin direktorlar şurasının yeni sədrinin təyinatı barədə ümidlər növbəti dəfə də uğursuzluqla nəticələnib. Şirkət növbəti dəfə Karlos Qonun əvəzedicisinin təyinatını təxirə salıb.
"BI" xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının dekabrın 17-də keçirilən iclası barədə yaydığı məlumatda bildirilir.
Güman edilir ki, qərarın təxirə salınmasına səbəb “Nissan”ın ən böyük səhmdarlarından olan “Renault”dan daxil olan zənglərdir. Belə ki, “Renault” səhmdarların növbədənkənar iclasının çağırılmasını istəyib.
Direktorlar şurasına üzvlərlə yanaşı, müstəqil mütəxəssislər, o cümlədən Yaponiya Biznes Federasiyasının fəxri sədri və Apellyasiya Məhkəməsi rəhbərliyinin nümayəndəsi də daxildirlər.
“Nissan”ın yeni sədrinin direktorlar şurasının üzvləri arasında aparılan danışıqlar nəticəsində seçiləcəyi güman edilir.