Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır
“Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır”.
Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
Onun sözlərinə görə, quru sərhədlərdə hava sərhədində tətbiq edilən qaydalardan istifadə nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstana hava sərhədindən daxil olan şəxslər son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edir. Həmin şəxslər Gürcüstanda uzun müddət qalacaqları təqdirdə 3 günün tamamında öz hesablarına yenidən test yoxlamasından keçirlər.
Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən pandemiya səbəbindən dayandırılıb.