Sinteks Şirkətlər Qrupu işçi axtarır - VAKANSİYA
Sinteks Şirkətlər Qrupu
Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza menecerinin köməkçisi tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
• İşçi heyətinin müvafiq iş qrafikinə riayət olunmasını təmin etmək
• Aylıq satış planının hər bir satış təmsilçisi tərəfindən yerinə yetirilməsini dəstək olmaq
• Ticarət salonunda baş verən nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırılması üçün tədbir görmək
• Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
• VİP satışları həyata keçirmək
• Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini yazılı (e-mail) məlumatlandırmaq
• Ticarət salonunda nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək
• Zəruri hallarda mağaza menecerinin vəzifəsini yerinə yetirmək
Əsas tələblər:
İxtisas / Təhsil:
• Ali təhsil
Təcrübə:
• Müvafiq satış sahəsində ən az 3 il iş təcrübəsi
a. Geyim və aksesuarlar,Parfumeriya və Kosmetika,Texnika,Zinyət əşyaları,Ev əşyaları,Avto satışı
b. Eyni iş yerində davamlı olaraq ən azı 2 il təcrübə
c. Əməyin motivasiya sistemi ilə dəyərləndirilməsi
Professional Biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
• Müştəri xidmətləri
• Satış üsulları
• MS Office Proqramları
Professional Bacarıq və Kompetensiyalar:
• İdarəetmə bacarığı
• Liderlik
• Təşkilatçılıq
• Satış bacarığı
• Ünsiyyət bacarığı
• Zamanın idarəolunması
• Problem həll etmə
• Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment.sales@sinteks.com e-mailına, mövzu hissəsində “Mağaza menecerinin köməkçisi” qeyd edib göndərilməsi xahiş olunur.