Vakansiyalar

Rifah Group işçilər axtarır - MAAŞ 1000-2500 AZN

Vəzifə: Baş mühasib

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali təhsil ;
• Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi,
• Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
• Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli

• Əmək haqqı: 2000-2500 AZN
• İş yeri: Bakı şəh
• İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 iyun 2021 tarixinədək mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini hr@rifahqrup.az electron poçt ünvanına göndərsinlər.

***

Vəzifə: PR Meneceri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Hədəf kütlə gözləmələrini ölçməyə istiqamətli ictimaiyyət araşdırmaların icra edilməsi
• Şirkətin hədəf, məhsul və ya xidmətlərini tanıtmaq üçün strategiyaların inkişaf etdirilməsi
• Şirkət daxili və şirkət xaricindəki fəaliyyətlərin təşkil və idarə edilməsi
• Sektora istiqamətli rəqib analizi və bazar araşdırmalarının aparılması
• Şirkətin imic və logo işlərində yaxından iştirak edilməsi
• İllik ünsiyyət plan və büdcələrinin meydana gətirilməsi
• Yeni ünsiyyət və satışa çıxarma trendləri ilə fürsətlərin izlənməsi
• Reklam agentlikləri və media şirkətləri ilə koordinasiyanın təmin edilməsi
• Hazırlanmış mətbuat bülletenlərinin nəzərdən keçirilməsi və təsdiqlənməsi
• Media fəaliyyətlərinin proqramlaşdırılması
• Mətbuatın izlənməsi və aidiyyatı xəbərlərin ötürülməsi
• Müəssisə haqqında çıxan xəbərlərin izlənməsi və monitorinqi
• Marketinq şöbəsi ilə birlikdə tanıtım və marka fəaliyyətlərinin inkişaf etdirilməsi
• Marketinq məqsədlərinə çatmaq üçün yerli, regional və beynəlxalq ictimaiyyətlə əlaqələr kampaniyalarının əlaqələndirilməsi
• Sosiyal media hesablarının aktiv olaraq idarə olunmasının təmin edilməsi
• Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali təhsil (marketinq, jurnalistika səhəsində)
• Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
• Azərbaycan rus və ingilis dilləri sərbəst danışıq və yazı səviyyəsində;
• Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
• Fərqli düşünmə bacarığı
• Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
• Analitik düşüncəyə sahib, problemləri həll etmə bacarığı;
• Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
• Ünsiyyət qurma bacarığı

Əmək haqqı: 1000-1200 AZN
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 01 iyun 2021 tarixinədək mövzu sətirində “PR Meneceri” qeyd edərək CV-lərini hr@rifahqrup.az electron poçt ünvanına göndərsinlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department