Sosial iqtisadiyyat

Naxçıvanda “ASAN xidmət”ə yeni direktor təyin edildi

Muxtar Respublikanın Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinə direktor təyin edilib.

"ENA" xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Tural Akim oğlu Əliyev təyinat alıb.

Qeyd edək ki, Tural Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department