Azərbaycanda valyuta satışları azalıb - Elman Rüstəmov
“Hazırda valyuta bazarında tarazlıq hökm sürür”.
ENA.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
Baş bankir deyib ki, sadəcə yanvar ayında həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbin artması müşahidə edilib.
E.Rüstəmov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldıb və 140 milyon ABŞ dollarına qənaət edib.
O, həmçinin deyib ki, AMB hazırda bazardan valyuta almır.