Axtar

Televizorlarda casus proqramları aşkar edilib

"Skyworth” markalı televizorlarının sahibləri casus proqramları aşkar edib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Tədqiqatçılar bu məqsədlə televizorlara xüsusi “Gozen Data” proqramının quraşdırıldığını iddia edirlər. Zərərverici proqram Wi-Fi-ya qoşulmuş IP ünvanlarını, MAC ünvanlarını və cihazların adlarını toplayaraq gz-data.com platformasına ötürür.

“Skyworth”un nümayəndələri məlumat toplanmasını casusluq üçün deyil, yalnız və yalnız kommersiya məqsədilə olunduğunu iddia edirlər.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33