Paşinyan bu gün Tatarıstana səfər edəcək
Ermənistan baş naziri Nikol Paşinyan Tatarıstana səfər edəcək.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, aprelin 29-30-u tarixlərində Tatarıstanın Kazan şəhərində Avrasiya İqtisadi Birliyi hökumət rəhbərlərinin iclasına qatılacaq.
İclasda Avrasiya Birliyində müşahidəçi statusa malik Moldova, Özbəkistan və Kubanın rəsmi nümayəndələri də iştirak edəcək.