Bayden ölkəsi üçün əsas terror təhlükəsini açıqladı
ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlar üçün əsas təhlükədən danışıb.
“ENA” xəbər verir ki, dövlət başçısının çıxışının mətnini Ağ Ev yayıb.
Ağ Ev rəhbəri bildirib ki, Birləşmiş Ştatlar üçün əsas terror təhlükəsi ölkənin içərisindən, ağ irqçilər arasından çıxır.
"Kəşfiyyat orqanlarımızın müəyyən etdiklərinə etinasız yanaşmayacağıq: bu gün ölkə üçün öldürücü terror təhlükəsi ağ aliliyi dəstəkləyən terrorçuluqdan qaynaqlanır", - Bayden deyib.