Bank

Azərbaycanda yalnız 10 bank gəlirini artıra bildi: CƏDVƏL

Azərbaycanda biznesə, eləcə də bank sektoruna pandemiyanın təsirləri davam edir. ENA.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart ayları üzrə ölkədə işləyən 26 bankdan 16-nın 2019-cu ilin eyni dövrü ilə müqayisədə gəlirləri azalıb.  10 bank isə əksinə pandemik dövrə çevik adaptasiya olaraq, gəlirlərini artırıb.  

Məsələn, mənfəət açıqlamasında lider olan Kapitalbank 2019-cu ilin birinci rübündə 74 milyon 893 min manat gəlir götürmüşdüsə, bu il 56 milyon manata yaxındır.

Beləliklə, mənfəətin həcminə görə TOP-5 banklar: Kapital Bank (55 milyon 535 min manat), Azərbaycan Beynəlxalq Bankı (32 milyon 395 min manat), PAŞA Bank (18 milyon 786 min manat), Premium Bank (5 milyon 345 min manat),  Yelo Bank ( 5 milyon 67 min manat).

Maraqlı digər göstərici kimi artım dinamikasına diqqətinizi çəkmək istərdik. 2020-ci ilin eyni dövrü ilə müqayisədə artım dinamikasında TOP-5 banklar bunlardır:  Rabitəbank 3,1 dəfə, Bank Avrasiya 2,4 dəfə, Yelo Bank 1,1 dəfə, PAŞA Bank 81,4%, Bank of Baku 52,1%.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department