ENA+

Gürcüstan parlamentinə yeni sədr seçildi

Kaça Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

Qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəsəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri A.Talakvadze aprelin 24-də istefa verib.

K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrından vitse-spiker vəzifəsini tutub. 42 yaşlı siyasətçi bu ilin yanvarından hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasında təmsil olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)