MALİYYƏ

Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 75,9 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, aylıq müqayisədə 1,2 bənd çox, ilin əvvəlinə nisbətən 0,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 bənd azdır.

Martın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,9 bənd çox, illik müqayisədə isə 2,7 bənd azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)