Azərbaycanda nazir koronavirusa yoluxub
Azərbaycan mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
"Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - məlumatda bildirilib.