Daha bir QSC yaradıldı

Azərbaycanda yeni qapalı səhmdar cəmiyyət yaradılıb.
"BI" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni şirkət tikinti sektorunda fəaliyyət göstərəcək. "Tikinti Consulting" QSC-nin nizamnamə kapitalı 2 min manatdır.
Şirkətin qanuni təmsilçisi Rzayev Abdulla Məmməd oğludur. QSC bu il oktyabrın 29-da rəsmi qeydiyyata alınıb. Hüquqi ünvanı isə Yasamal rayonu, Səid Rüstəmov, ev 20-dir.