Feysbuk sürətli video tanışlıq xidmətini sınaqdan keçirir
Feysbukun eksperimental “NPE Team” komandası “Sparked” adlı xidmətinin testlərini başlayıb.
“ENA” “The Verge” nəşrinə istinadən xəbər verir ki, yeni xidmət “yaxşı insanlarla sürətli video tanışlıq” üçün yaradılır.
“Sparked”da qeydiyyatdan keçmək üçün Feysbuk vasitəsilə veb tətbiqə daxil olmaq və məlumatları yazmaq lazımdır. Şəxsi hesabı yaradarkən istifadəçi onun niyə tanışlıq üçün yaxşı insan olduğu sualına cavab verməlidir. “Sparked” komandası cavabları özü yoxlayır.
Qeydiyyatdan keçdikdən sonra, “Sparked” istifadəçiyə onlayn söhbətə qoşulmağı və iştirakçılarla video söhbətə başlamağı təklif edəcək.
Hər söhbət 4 dəqiqə davam edir. Uğurlu olarsa, istifadəçilər ikinci dəfə 10 dəqiqəlik söhbət üçün görüşə biləcəklər.
Sonda “Sparked” istifadəçilərə “Instagram”, “iMessage” və ya elektron poçtla əlaqə saxlamağı təklif edəcək.